"Qarabağ"ın U-19 komandasının üzvü Yaroslav Dedanın oyunu Ukraynada da diqqətləri çəkib. Fanat.Az xəbər verir ki, 18 yaşlı hücumçu "Qızıl istedad" nominasiyası üzrə qalib adına namizədlər siyahısına salınıb. O, 13 namizəddən biridi.
Yaroslav Deda 2015/16 və 2016/17 mövsümlərində "Voln"la Ukrayna Premyer Liqasında 14 oyun keçirib. 2017-ci ilin yayında "Qatabağ"a transfer olunan gənc futbolçu UEFA Gənclər Liqasında keçirdiyi 4 oyunda 3 qol vurub.
18 yaşlı futbolçu Ukraynanın U-16, U-17 və U-18 millilərində çıxış edib. İndi onun Azərbaycan millisinə cəlb olunması gündəmə gəlib.
Fanat.Az