"Neftçi” Uqo Barqasla yollarını ayırıb.
Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, fransalı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşmaya əsasında xitam verilib.
O, karyerasını Boliviyanın "Bluminq” klubunda davam etdirəcək.
Qeyd edək ki, Uqo Barqas "Neftçi”yə məhz 2012-2013 və 2015 - 2017-ci illərdə çıxış etdiyi "Bluminq”dən keçib. Barqas ötən ilin fevralında flaqmanla 1 illik müqavilə bağlayıb. Oktyabrda isə onun sözləşməsi cari mövsümün sonuna qədər uzadılıb.
Fanat.Az