Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan "Baku Fans” klubunun üzvü Aqşin Ömərov 2 illik diskvalifikasiyaya məruz qalıb.
Fanat.Az xəbər verir ki, bu qərarı AFFA İntizam Komitəsi bugünkü iclasında verib.
Belə ki, ADBTİA ilə matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alan Ömərov meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Hadisəni araşdıran İK futzalçını 2 il müddətinə futboldan kənarlaşdırıb.
Həmçinin qarşılaşma sona qədər keçirilmədiyindən, "Baku Fans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
Fanat.Az