"Qarabağ"da çıxış edən Tarik Elyunussi İsveçin AİK klubuna keçə bilər. Fanat.Az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.
"Qarabağ" Norveç millisinin üzvünü "Olimpiakos"dan icarəyə götürüb. Mövsümün sonunadək müqaviləsi olan 29 yaşlı yarımmüdafiəçi ümidləri doğrultmadı. Təsadüfü deyil ki, Qurban Qurbanov ona 8 rəsmi oyunda 396 dəqiqə oynamaq şansı verib və bu müddətdə qol vura bilməyib.
İndi isə AİK onu heyətinə qatmaq istəyir. Tarik Stokholm klubunun transferi siyahısında bir nömrəli futbolçudu. İsveç mətbuatının məlumatına görə, "Qarabağ"da heyətə düşə bilməyən norveçli futbolçu komandadan ayrılmaq istəyir. AİK-in "Olimpiakos"la danışıqlara başlayıb.
Fanat.Az