"Qarabağ"ın "Olimpiakos"dan icarəyə götürdüyü Tarik Elyunussi İsveçin AİK klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Fanat.Az xəbər verir ki, Norveç yığmasının üzvü ölkəmizdə özünü yaxşı hiss etdiyini deyib.
"Düzdü, Çempionlar Liqasında və Azərbaycan Kubokunda mübarizəni dayandırmışın. Amma çempionatda ən yaxın izləyicimizi 6 xal qabaqlayırıq. Necə olacağını zaman göstərəcək. AİK böyük klubdu, geniş azarkeş kütləsi var. Stokholm isə ən gözəl paytaxt kimi tanınır. Amma məlumat həqiqəti əks etdirmir" deyə futbolçu bildirib.
Tarik "AİK-ə keçidi istisna etmirsiniz" sualına belə cavab verib: "Xeyr. Hər şey ola bilər. Şərqdən qərbə qayıda bilərəm. Lakin hazırda "Qarabağ”la icarə müqaviləmdən razıyam. Təəssüf ki, iki ay əvvəl zədələnmişdim və komandama kömək edə bilmədim. Digər tərəfdən, "Olimpiakos”a qayıtmağıma az qalıb. Komandanın ispaniyalı baş məşqçisi var. Həmçinin "Everton”dan Kevin Miralyası heyətə cəlb ediblər”.
Fanat.Az