"Qalatasaray" transfer çalışmalarını davam etdirir. Fanat.Az "beIN Sports"a istinadən xəbər verir ki, İstanbul klubunun rəsmiləri "Yuventus" rəhbərliyi ilə görüşərək Kvadvo Asamoah rəsmi təklifi irəli sürüb.
"Qalatasaray" uzun müddətdi Asamoahı heyətinə qatmağa hazırlaşır. Hətta yayda keçid böyük ölçüdə razılaşdırılsa da, son anda baş tutmamışdı. Yeni baş məşqçi təyin edilən Fatih Terimin də razılığından sonra rəhbərlik prosesi sürətləndirib.
Görüşdə "Yuventus" tərəfini klubun idman direktoru Fabio Paratik təmsil edib. "Qalatasaray" rəsmi təklifini qarşı tərəfə təqdim edib. Tərəflər yaxın günlərdə yenidən görüşərək müzakirələri davam etdirəcək.
Qeyd edək ki, Kvadvo Asamoah "Yuventus"a 2012-ci ildə "Udineze"dən 18 milyon avroya transfer olunub.
Fanat.Az