Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, qış hazırlıqları çərçivəsində baş tutan qarşılaşma "qırmızı-qaralar”ın 2018-ci ildə ilk matçı olub.
Roman Qriqorçukun yetirmələri Türkiyənin "Akhisar Bələdiyyəspor” klubu ilə görüşüblər. Super Liqa klubu ilə oyunda qalib müəyyənləşməyib - 1:1.
Yoxlama oyunu
10 yanvar
Akhisar Bələdiyyəspor (Türkiyə) - Qəbələ (Azərbaycan) 1:1
Qollar: Serjinyo, 17 - Filip Ozobiç, 57.
Qəbələ: 35. Murad Popov, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 34. Ürfan Abbasov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 45. Famussa Kone.
Antalya. Bələk. "Rixos Premium” otelinin meydançası.
Fanat.Az