"Spartak”ın "Rostov”a icarəyə verdiyi Ayaz Quliyev AFFA-nın çağırışına maraqlı reaksiya verib.
Fanat.Az-ın məlumatına görə Azərbaycan əsilli yarımmüdafiəçi millimizdə böyük məbləğdə pul qarşılığında oynaya biləcəyini açıqlayıb. Belə ki, Rusiyanın əsas yığmasında oynamaq şansını saxlayan Ayaz Azərbaycan variantını seçəcəyi halda, karyerasının uğursuz alına biləcəyindən ehtiyatlandığını deyib. Orta xətt oyunçusu puldan başqa Bakıda yaxşı şəraiti olan evlə təmin edilməsini də şərt kimi irəli sürüb. Yarımmüdafiəçinin şərtləri bizimkiləri qane etmədiyindən danışıqlar müəyyən müddətə təxirə salınıb.
Fanat.Az