Mövsümün ikinci yarısının hazırlıqlarına Bakıda start verən "Səbail” bu gün ilk yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi I divizionda çıxış edən "Sabah”ı sınağa çəkib.
Qarşılaşma "Bayıl Arena”da baş tutub. Görüş qolsuz bərabərliklə nəticələnib.
Qeyd edək ki, Samir Əliyevin yetirmələri növbəti yoxlama oyununu yanvarın 15-də keçirəcək. Paytaxt futbolçuları I divizion təmsilçisi MOİK-lə üz-üzə gələcək.
Fanat.Az