15:00 12.01.2018 1845

Oqtay Abdullayev Mahir Şükürova: "Deyəsən, çaşır"

"Sovet dönəmindəki futbol indikindən güclü idi. Elə o dövrün məşqçiləri də indikilərdən güclü olub”.
 
Fanat.Az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında veteran futbolçu Oqtay Abdullayev deyib.

Millimizin sabiq müdafiəçisi Mahir Şükürovun "CBC Sport” telekanalındakı müsahibəsinə münasibət bildirən Futbol Veteranları İttifaqının sədri onu qınayıb.

Şükürovun "Sovet dövrü futbolçularını yollayın, yenilərə, gənclərə şans verin” fikrini qəbul etməyən Abdullayev əks arqument gətirib: "Mahir bununla nə demək istəyir? Bilirsiz, hətta əsgərlikdə də "ded-molodoy” söhbəti olur. Yaşlı nəsil olmasa, cavanlar heç vaxt irəli gedə bilməzlər. Keçmişini yaddan çıxaran insanın gələcəyi olmaz. Atalar boş yerə deməyiblər ki, yaşlılardan daim məsləhət almaq lazımdı.
 
Mahir Şükürov və onun yaşıdları Sovet dövrünün futbolçularından görüb götürüblər. O vaxtın futbolu daha güclü olub. SSRİ dağılandan sonra futbol bütün respublikada "öldü”. Yaxşı cavan məşqçilər də var. Məsələn, Rəşad Sadıqov bacarır, gəlib işləyir. Güclü futbolçu ola bilərsən, amma bu o demək deyil ki, mütləq böyük məşqçi adını qazanacaqsan. Kim güclüdüsə, o da işləməlidi. İş tapa bilməyənin nəsə deməsi düzgün deyil”.

Şükürov müsahibəsində "kimə ki, şans verirlər, o dəqiqə "qarğa kimi qonurlar” üstünə ki, bundan məşqçi olmaz”, fikrini səsləndirib. Veteran futbolçunun buna cavabı isə daha sərt olub: "Qarğa kimi qonurlar” deməsi, artıq təhqirdi. Bunu deməyə haqqı yoxdu. Veteran işləməsin, acından ölsün? Yaxşı nəticə verirsənsə, yaşın burda heç bir önəmi olmamalıdı. Hər yaxşı futbol oynayanı gətirib baş məşqçi qoymalısan?
 
Anatoli Banişevski də güclü futbolçu olub, amma məşqçi kimi onda alınmadı. Futbolçu vaxtında nə etdin, qaldı orda. Ondan sonra məşqçi kimi gücünü göstərməlisən. İşləyə bilmirsənsə, başqasını lağa qoymağa haqqın yoxdu. Kimdən artıqsan? Bu cür fikirlər səsləndirmək düzgün deyil. Vaxt gələcək, Mahirin özünə bu sözləri deyəcəklər, görək ona necə təsir edəcək”.

Mahirin özünü müstəqillik dönəminin ən yaxşısı saymasına gülərək qarşılıq verən 63 yaşlı mütəxəssis Peleni nümunə göstərib: "Onu təhqir eləmək istəmirəm. Buna futbolçu özü yox, azarkeşlər, mütəxəssislər qiymət verməlidilər. Pele indinin özündə də demir ki, mən ən güclüyəm. Onu millət bir nömrə seçib. Bir insan deyirsə ki, mən ən güclüyəm, ona sözüm yoxdu”.

Oqtay Abdullayev futbolçu dönəmində siqaret çəkdiyini etiraf edən "Neftçi”nin sabiq kapitanını buna görə də qınayıb: "Futbolçunun siqaret çəkməsi düzgün deyil. Şahmatçının bunu etməsi normaldı. Futbolçunun gərək nəfəsi olsun ki, qaça bilsin. Mahir yaxşı oğlandı, amma bilmirəm belə fikirlər hardan ağlına gəlir. Deyəsən, çaşır”.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X