"Qarabağ"ımız Antalyada təlim-məşq toplanışını davam etdirir.
Fanat.Az xəbər verir ki, hazırlığın dördüncü günündə komandamızın ilk məşqi yerli vaxtla saat 10:30-da start götürüb. Futbolçular yağış yağmasına baxmayaraq, 90 dəqiqə meydanda olub.
Fiziki hərəkətlərlə start götürən hazırlıq toplu çalışmalarla başa çatıb. Günün ikinci məşqi isə yerli vaxtla saat 17:30-a təyin olunub.
Fanat.Az