Andre Qomes "Barselona"dan ayrılır. Fanat.Az "The Express"ə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək.
İddialara görə, Qomesi "Tottenhem" heyətinə qatmağa çalışır. "Barselona"da heyətə düşməkdə çətinlik çəkən 24 yaşlı futbolçu özü də İngiltərəyə getmək istəyir. Danışıqlar davam edir.
Qeyd edək ki, "Barselona" Qomesi 2016-cı ildə "Valensiya"dan 35 milyon avroya transfer edib.
Fanat.Az