09:00 13.01.2018 2036

Baş nazirini həddini aşan futbol sevgisi başına bəla oldu

Macarıstanın milliyətçi mühafizəkar və miqrantlara qarşı olan baş naziri Viktor Orban çılğın futbol azarkeşidi. Fanat.Az xəbər verir ki, baş nazir bir vaxtlar dünyada söz sahibi olan macar futbolunu yenidən köhnə günlərə qaytarmağa çalışır.

Onun futbolla bağlı bəzi qərarları muxalifətin narazalığına səbəb olub. Muxaliflər ölkədə bir çox problem həll olunmamışkən stadionlara böyük pulların xərclənməsinə etiraz edir.

Viktor Orbanın böyüdüyü Felksut kəndində tikdirdiyi stadion və yaratdığı futbol klubu etirazlara səbəb olub. Kəndin əhalisi 1800 nəfərdi. 2014-cü ildə inşa edilən və "Panço Arena" adı verilən stadionun tamaşaçı tutumu 3800 nəfərdi. Yəni bütün kənd işini-gücünü atıb oyuna getsə belə, stadionun yarısından çoxu boş qalacaq.



Kəndin futbol komandasının adı isə macar futbolunun əfsanəsi Ferenk Puşkaşın adını dayışır. 2007-ci ildə qurulan "Puşkaş Akademiya" adlı klub Macarıstan çempionatının güclülər dəstəsində çıxış edir. Əslində komandaya adı verilən Puşkaşın bu kəndlə heç bir əlaqəsi yoxdu.

Komandanın ev oyunlarına orta hesabla 400 nəfər gedir. Bunların yarısı Macarıstanın oliqarxları və siyasətçiləridi. Macar siyasilər və iş adamları oyunlar zamanı stadionda onları vəzifə pillələrində və iş dünyasında daha yuxarılara qaldıracaq məmurlarla əlaqə yaratmağa çalışırlar.



Macarıstanda korrupisiya və rüşvətxorluqla mübarizə aparan Qyula Muksi vəziyyəti belə izah edir: "Futbola nifrət etsəniz belə, bu oyunlara getmək məcburiyyətindəsiniz. Çox pulun lazım olduğu inşaat və digər layihələrlə bağlı qərarlar burda verilir".

Viktor Orban gənclik illərində yarımhəvəskar səviyyədə futbol oynayıb. O, baş nazir olduğu ilk dönəmlərdə də dostları ilə oyunlar keçirib. 

Onun futbol sevgisini "həddindən artıq" hesab edən yaxınları da var. İngiltərənin "Guardian" qəzetinə danışan dostlarından biri Viktor Orban Felksutda stadion tikdirəcəyini ilk dəfə söyləyəndə "Bu stadiona ehtiyac varmı" deyə düşündükdərini bildirib. Adını açıqlamayan həmin şəxs "Bu onun uşaq tərəfidi. Futbol fanatikidi. Amma bu stadionun yerinin doğru olduğunu düşünmürəm. 10-20 il ərzində bu stadionun vəziyyəti necə olacaq? Doğru qərar deyildi" deyib.



Viktor Orban o qədər böyük futbol azarkeşidi ki, gündə bəzən 6 oyun izləyir. Baş nazir olaraq ölkə xaricinə ilk səfərini Parisdə keçirilən "DÇ-1998"in final oyunu olub. Yaxınlarının dediyinə görə baş nazir həmin vaxtdan bütün Dünya çempionatı və Çempionlar Liqası finallarını canlı izləyib.

Ötən ilin fevralında Viktor Orbanın müxalifləri önəmli bir zəfər qazandı. Belə ki, Macarıstan hökuməti 2024-cü il Yay Olimpiya Oyunları üçün paytaxt Budapeşti namizəd göstərmişdi. Ancaq muxalifət və fəallar ölkənin səhiyyə, təhsil, yoxsulluq kimi problemləri varkən, olimpiya oyunlarına büdcə ayrılmasına qarşı kampaniya başlatdı. Nəticədə muxaliflər Budapeşt sakinlərinin səs verəcəyi referendumun keçirilməsi üçün lazım olan qədər imza topladı. Viktor Orban hökuməti referendumdan olimpiadaya qarşı "yox" cavabı almaqdan qorxaraq namizədliyi geri götürdü.



Qeyd edək ki, Viktor Orban ilk dəfə 1998-2002-ci illərdə Macarıstanın baş naziri olub. Rəhbərlik etdiyi Fidesz Partiyası 2010-cu ildə 50 faiz səs toplayaraq Milli Məclisdə böyük çoxluq əldə edib. 54 yaşlı siyasətçi 2010-cu ildə ikinci dəfə baş nazir seçilib və həmin vaxtdan hökumətə rəhbərlik edir.

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

Facebookdan bizi izləməyi unutmayın.
X