Rəqibə acımırlar: minlərlə insanın önündə... - VİDEO
İtaliyada "Tarixi Futbol" anlamı verən "Calcio Storico", dünyada "Vəhşi Futbol" adlandırılan bu oyun kikboks, MMA, futbol və reqbi idman növünün birləşməsindən əmələ gəlir.
Fanat.Az xəbər verir ki, hər komandada 27 nəfərin olunduğu oyun qədim zamanlardakı Qladiator döyüşlərinin keçirildiyi arenalarda oynanılır. Məqsəd əllərdən və ayaqlardan istifadə edərək ən çox qol vurmaq, bunu edərkən də rəqibləri sıradan çıxarmaqdı. Bunun da tək yolu zorakılıq etməkdən keçir.
Florensiyada "Verdi" və "Rossi" komandaları arasındakı oyundan görüntüləri təqdim edirik.