"Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Fanat.Az xəbər verir ki, komanda beşinci günü iki məşqlə tamamlayıb.
Günün ilk məşqi saat 11:00-da start götürüb və fitnes zalında baş tutub.
İkinci məşq isə yerli vaxtla 17:30-da meydançada baş tutub və təxminən 90 dəqiqə davam edib.
Futbolçular isinmə hərəkətlərinin ardından fiziki və toplu çalışmalarla davam edib.
Ansi Aqolli isə fizioterapevt nəzarəti altında məşq edib.
Fanat.Az