"Qəbələ”dən ayrılaraq "Reyncers”ə dönən Endi Hallideyin komandasının Amerika turnesinə qatılıb. Fanat.Az xəbər verir ki, Şotlandiya təmsilçisi Braziliyanın "Korintians” klubu ilə yoxlama oyunu keçirib.
Görüş şotlandiyalıların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Endi Hallidey komandasına dönüşünü qolla qeyd edib. Oyuna ehtiyatdan başlayan Endi 70-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb.
Fanat.Az