21 yaşadək futbolçulardan ibarət millimizin və "Neftçi"nin futbolçusu Elnur Cəfərov Türkiyənin "Bursaspor" klubuna təklif olunub. Fanat.Az xəbər verir ki, bu barədə olay.com saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, futbolçunu menecerlər Türkiyə klubuna təalif edib. 21 yaşlı hücumçu ilə Türkiyənin "Kayserispor" klubu da maraqlanır.
Qeyd edək ki, Elnur Cəfərov "Xəzər Lənkəran"ın yetirməsidi. O, Lənkəran klubundan sonra İspaniya və Portuqaliya klublarına üz tutsa da, heç yerdə möhkəmlənə bilməmiş və Xorvatiyanın "Dugopolje" klubu ilə müqavilə imzalamışdı. Lakin Xorvatiyanın aşağı liqa klubnda da heyətə düşə bilmədiyindən vətənə dönərək "Neftçi" ilə müqavilə imzalamışdı. Elnur son dövrlər oyunundan çox qalmaqallı hərəkətləri ilədiqqət mərkəzinə gəlir. Hətta buna görə Tərlan Əhmədov tərəfirdən "Neftçi"nin əsas heyətindən kənarlaşdırılmışdı.
Fanat.Az