Antalyada təlim-məşq toplanışında olan "Qarabağ” ilk yoxlama görüşünü yanvarın 17-də "Kuban”a qarşı keçirəcək. Fanat.Az xəbər verir ki, Rusiya təmsilçisi ilə görüşün başlama saatı açıqlanıb.
Belə ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini 2018-ci ilin ilk qarşılaşmasına həmin gün Bakı vaxtı ilə saat 18:00-da çıxaracaq.
Qeyd edək ki, "Qarabağ” Türkiyədə olduğu müddətdə həmçinin "Legiya” (Polşa), "Şkupi" (Makedoniya), "Mariopul" (Ukrayna), "Sarayevo" (Bosniya və Herseqovina) və "Mladost"la (Monteneqro) üz-üzə gələcək.
Fanat.Az