Ötən ilin sonlarında təşkil olunan A kateqoriyalı məşqçi kurslarına qatılan məşqçilərin imtahan nəticələri açıqlanmışdı.
Təhsilini artırmaq istəyənlər arasında Elmir Xankişiyev, Cavad Mirzəyev, Azər Cabbarov, İlham Yadullayev, Kamal Quliyev, Samir Musayev, Füzuli Məmmədov və Xaqani Məmmədov kimi veteran futbolçular olub.
Adı çəkilənlərdən yalnız Kamal Quliyev A kateqoriyasına yiyələnə bilməyib. Hazırda "Neftçi”nin aşağı yaş qruplarında seleksiya qrupunun rəhbəri kimi çalışan Kamal bəy imtahandan kəsilməsi zəif nəticə göstərməsi ilə əlaqələndirilib. Amma təbii ki, "Neftçi" kimi komandada məşqçi kimi çalışmış, uzun müddət məşqçilik təcrübəsinə yiyələnmiş və hazrırda fəaliyyətini dayandırmış "Neftçala"nı iki dəfə birinci divizionun çempionu etmiş bir məşqçinin imtahandan zəif nəticə göstərməsi həqiqətən inandırıcı deyil. Sözügedən imtahana cavabdehlik daşıyan şəxs isə elə birvaxtlar Kamalla çiyin-çiyinə futbol oynamış Aslan Kərimov olub. Yəni, dolayısı ilə, Kamal bəyə imtahandan keçməyə Kərimov imkan verməyib. Əslində məsələ ilə bağlı başqa iddialar da var. Birvaxtlar Kamal bəy məhz AFFA-ya qarşı sərt mövqe tutduğu üçün ondan qisas alındığı bildirilir.
Quliyev mətbuata açıqlamasında Aslan bəylə görüşəcəyini və məsələyə aydınlıq gətirəcəyini bildirmişdi. Görəsən bu görüş baş tutdumu? Mütəxəssis Sport7.az-a açıqlamasında bununla bağlı fikirlərini bildirib və kəsilmək məsələsinə toxunub:
- Kamal bəy, Kərimovla görüşüb, məsələyə aydınlıq gətirə bildizmi?
- Görüşə bilmədim. Həm işlərim çox idi, həm də bir qədər nasazlamışdım. Amma bunu gizlətmirəm. Ola bilər, mən heç nə demirəm. Səhvsiz insan yoxdu. Hər şeyi bilən də yoxdu. Əvvəla imtahandan keçənlərin hamısını təbrik edirəm. Lakin orda olan insanların, məşqçilərin heç birindən zəif deyildim. Hansısa yazılı və ya şifahi məsələlərdə səhvə yol verə bilərəm. Bütövlükdə götürəndə... Hər şeyi demək çirkinlikdi. İstiməşəm ki məşqçilərimi ən layiqli, birinci olsun. Amma vallah, məh istər savad, istərsə də digər məsələlərdə heç kimdən geridə qalmırdım. Demirəm, ideal insanam, düzgün imtahan verib kəsilmişəm. Yəqin ki, müəyyən nöqsanlarım olub.
- Cavablar imtahan verəndən dərhal sonra bilinir?
- Xeyr, dərhal bilinmir. Üzərindən 1 ay keçəndən sonra açıqlanır.
- Ola bilər bir zamanlar AFFA-ya qarşı sərt mövqe tutduğun üçün sizdən bu yolla qisas alıblar?
- Bunu da ağlımdan keçirdim. Amma inanmıram. Qisas almaq deyəndə, AFFA ilə heç bir düşmənçiliyim yoxdu. Sadəcə, ola bilər düzgün danışdığım üçün bu mümkündü. Hardasa bunu da analiz etmişəm. Yenə də inanmıram ki, hansısa qurum rəhbərliyi öz məşqçisinin savadlanmasını istəmir. Belədisə yer üzündə ondan pis adam yoxdu. Bəlkə də müəyyən səhvlərim oldu. Qismət belə imiş. Hər şeyə daha mükəmməl yiyələnərəm.
- Uzun müddət təcrübəsi, iki dəfə çempion olan, "Neftçi" kimi komandada çalışmış bir məşqçinin, özü də A kateqoriyasından kəsilməsi nə dərəcədə inandırıcıdı?
- Əlbəttə, sizinlə razıyam. Çox şeyi danışmaq olmur. Qismətdi, inşallah yeni ildə A kateqoriyasına yiyələnərəm.
- Bu məqam sizi həvəsdən salmayıb ki?
- Xeyr, əksinə. "Qəfəsi", sındırıb, dağıdıb çıxmaq istəyirəm. Keçdiyimiz bütün mövzulardan, hər gün birini qarşıma qoyub təkrarlayıram. Bu mənə daha da stimul verir ki, dərindən mənimsəyim və gələcəkdə hər şeyə ola bilim.
Fanat.Az