Ukraynalı qapıçı Sergey Litovçenkonun "Kəpəz”ə keçidi rəsmiləşib. Fanat.Az xəbər verir ki, bu gün 30 yaşlı qolkiperlə müqavilə imzalanıb.
Bu barədə Litovçenko özünün "Instagram" səhifəsində yazıb. O, müqavilənin müddəti barədə məlumat verməyib.
Litovçenko "Kəpəz"ə keçidini şərh edib. Ukrayna mətbutına danışan 30 yaşlı qolkiper Gəncə klubunun onun üçün yeni çağırış olduğunu deyib:
"Burada komandanı yenidən qururlar. Ciddi məsələlər həll olunur. Kluba yeni baş məşqçi təyin edilib. O, komandanın tərkibini müəyyənləşdirir. Mən komandada ilk yeni futbolçulardan oldum. Məşqçinin özünün mənimlə maraqlanması komanda seçimim zamanı əsas amil oldu. Azərbaycan mənim üçün yeni ölkədir. Ümid edirəm ki, ailəmlə bura tez uyğunlaşa biləcəyik".
Qeyd edək ki, Litovçenkonun son klubu Tiflis "Dinamo"su olub.
Fanat.Az