Yanvar ayının ən fəalı "Kəpəz” daha bir futbolçuyla güclənib.
Fanat.Az xəbər verir ki, Yunis Hüseynov baxışda olan Dieqo Souza ilə bağlı yekun qərarını verib. Souza 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, bu, "Kəpəz”in qış fasiləsində 9-cu transferi olub. Gəncəlilər buna qədər Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov, Tərzin Cahangirov, Sergey Litovçenko, Giuli Manjqaladze, Tərlan Qasımzadə və Dario Federiko ilə saziş imzalayıb.
Fanat.Az