Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar” İsveçrənin "Sürix” klubu ilə qarşılaşıblar.
"Kaya Belek” otelinin meydançasında baş tutan matç rəqibin qələbəsi ilə başa çatıb. "Sürix" 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə top 57-ci dəqiqədə vurulub.
Bu, təmsilçimizin toplanışda 2-ci oyunu olub. "Qəbələ" bu matçla hazırlığın I mərhələsini başa vurub və 3 günlük istirahətə buraxılıb.
Roman Qriqorçukun yetirmələri "Sürix"lə oyunadək qonşu ölkədəki ilk matçında yerli "Akhisar Bələdiyyəspor”la üz-üzə gəlmişdi. Həmin görüşdə bərabərlik qeydə alınmışdı - 1:1.
Qeyd edək ki, komanda yanvarın 21-də yenidən bir araya gələcək.
Yoxlama oyunu
17 yanvar
Qəbələ (Azərbaycan) - Sürix (İsveçrə) 0:1
Qəbələ: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov.
Fanat.Az