Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşovun xidmətində maraqlı olan klubların sayı artır. Fanat.Az xəbər verir ki, Almaniyanın III Bundesliqasında çıxış edən 3 klub futbolçumuzu transfer etmək istəyir.
Almaniya Regional Liqasında çıxış edən "Dinamo"nun formasını geyinən 26 yaşlı hücumçunun xidmətində III Bundesliqa klublarından "Karl Zeyss”, "Erfurt” və "Çvikkau” maraqlıdı. Almanlar onun transferində "Karl Zeyss”in bir addım öndə olduğu hesab edir. Bu klub artıq Dadaşov üçün rəsmi təklif də göndərib. Komandanın baş məşqçisi Mark Zimmermann Rüfətin ön xətdə Timmi Teile ilə birlikdə əla cütlük olacağını düşünür.
İndi klublar arasında danışıqlar gedir. "Dinamo" Rüfəti pulsuz buraxmaq istəmir və müəyyən məbləğ tələb edir.
"Karl Zeyss” III Bundesliqanın 20 turunda 24 xal qazanıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. "Çvikkau” 21 xalla 16-cı, "Erfurt” 12 xalla sonuncu - 12-ci pilləni tutur.
Qeyd edək ki, Regional Liqanın şimal-şərq zonasında çıxış edən "Dinamo"ya yayda transfer olunan Rüfət 18 oyunda 20 qol vurub və bombardirlər yarışına başçılıq edir. O, ən yaxın izləyicisi Streli Mambanı ("Kottbus") 8 qol qabaqlayır. "Dinamo" isə 36 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Dadaşov əvvəllər Almaniyanın "Qonsenhaym", "Kayzerslautern" (ikinci komanda), "Tsveybrükken", "Saarbrükken", "Halberştadt" və "Meuselvits" klublarında oynayıb. O, 2013-2014-cü illərdə Azərbaycan millisində 16 oyun keçirərək 4 qol vurub.
Fanat.Az