"AFFA rəhbərliyi başda Rövnəq Abdullayev olmaqla qeyd etmişdik ki, biz seçmə mərhələnin bitməsini gözləyirik. Bu barədə emosional qərar vermək istəmirdik və hazırda da istəmirik". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Berti Foqtsun istefaya göndərilib-göndərilməyəcəyi barədə sualı cavablandırarkən deyib.
Baş katib 3-4 gün gözləməyi məsləhət görüb: "Gəlin, 3-4 gün də Rusiya ilə matçı gözləyək. Bu oyundan sonra 2 ay vaxtımız var. Məhz həmin müddətdə növbəti seçmə mərhələyə hansı baş məşqçi ilə başlayacağımıza qərar verəcəyik. Bildiyiniz kimi, qərarı İcraiyyə Komitəsinin üzvləri verir".
Fanat.az