Antalyada təlim-məşq toplanışında olan birinci divizion təmsilçisi "Xəzər” bu gün ilk yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Elşad Əhmədovun komandası Almaniyanın aşağı liqa təmsilçisi "FSV Vacker 90”la qarşılaşıb. Oyun almanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Xəzər"in Antalyada daha 4 yoxlama oyunu nəzərdə tutulub.
Yoxlama oyunu
Xəzər - Vakker Nordhauzen 0:3
Qollar: Daniel Haqler, 1, 69, Bedi Buval, 35
Xəzər: 1. Tərlan Əhmədli, 2. Ülvi İbazadə, 4. Ruslan Həsənov, 3. Eltun Turabov, 6. Vadim Abdullayev, 7. Novruz Məmmədov, 20. Tanrıverdi Məhərrəmli, 27. Bəxtiyar Soltanov, 19. Aydın Qasımov, 10. Ramil Həsənov, 14. Fuad Məmmədzadə
Fanat.Az