Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər dünən 6 oyunda söz sahibi olublar.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla həmin oyunların siyahısını və təyinatları təqdim edir.
21 yanvar
"Daejeon" (Cənubi Koreya) – "Qaz Metan" (Rumıniya)
Hakimlər: Ziya Nəsirov, Zeynal Zeynalov, Rahil Ramazanov
"Universitata Krayova" (Rumıniya) – "Legia Qdansk" (Polşa)
Hakimlər: Elvin Əsgərov, Mübariz Həşimov, Elman Kərimov
"Enisey" (Rusiya) – "Akademiya Pandev" (Makedoniya)
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Cəmil Quliyev
"Olimpik Donetsk" (Ukrayna) – "Korona" (Polşa)
Hakimlər: Nail Nağıyev, Yaşar Abbasov, Elşad Abdullayev
"Slaviya" (Çexiya) – "Axmat" (Rusiya)
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Məmmədəli Kərimov
"Zaqlembe" (Polşa) – "Beroe" (Bolqarıstan)
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Qənbərov
Ümumilikdə hakimlərimiz Antalyada 10 oyun idarə ediblər.
Fanat.Az