"Neftçi” mərakeşli Roxdi Axenteni baxışa çağırıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov onu bu gün "SKA-Xabarovsk”la yoxlama görüşündə oynadacaq. Özünü yaxşı tərəfdən göstərəcəyi halda, hazırda klubsuz olan 29 yaşlı müdafiəçiylə müqavilə imzalanacaq.
Qeyd edək ki, bakılıların Antalya toplanışı çərçivəsində keçirəcəyi ilk sınaq matçı bu gün Bakı vaxtıyla 17.00-da reallaşacaq.
Fanat.Az