Mövsümün ikinci yarısına hazırlığını Türkiyədə davam etdirən "Səbail” daha bir futbolçu ilə yollarını ayırıb.
Fanat.Az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, müdafiəçi Murad Musayev paytaxt klubuna lazım olmayıb.
24 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib.
Bununla da Musayev qış fasiləsində "Səbail”dən ayrılan 9-cu oyunçu olub. Ona qədər rəhbərlik Təyyar Məmmədov, Tanrıverdi Məhərrəmli, Emin Mehdiyev, Yamin Ağakərimzadə, Eqdaras Jarskis, Adrian Popoviçi, Renan Telles və Amit Quluzadə ilə sağollaşıb.
Fanat.Az