"Buhesabla qalib gəlmisənsə, hər hansı narazılıq düzgün olmaz. Hesabın belə alınmasını şərtləndirən amilləri daha da möhkəmləndirməyə çalışmalıyıq”.Fanat.Az xəbər verir ki, bu sözləri Rusiyanın "SKA - Xabarovsk” klubunun baş məşqçisi Rinat Bilyaletdinov deyib.
Rusiyalı çalışdırıcı "Neftçi” ilə yoxlama oyununda qeydə alınan 8:1 hesablı darmadağını dəyərləndirib: "Standart vəziyyətlərdən yaxşı istifadə etdik. Düzdü, hər dəfə bütün zərbələrin qapının küncünə vurulacağına təminat vermək çətindi. Amma futbolçularımız göstərdi ki, bunu bacarırlar. Yağış yağsa da, meydança kifayət qədər yaxşı idi və bu bizə yüksək sürətdə oynamağa imkan verdi. Buraxdığımız qol da dərindən təhlil üçün əsas verir. Oyunun başlanğıcı bizim üçün yaxşı alındı. Rəqib də bunu gözləmirdi. Əgər "Tirana” ilə matçda bizə rəqib qapıçı bağışlamışdısa, bu dəfə hər şeyi özümüz təşkil etdik. Rəqib barədə danışmaq çətindi. Ola bilər ki, onlar da böyük yükləmə altında olublar və ya oyun praktikasından əziyyət çəkirlər. Biz rəqibdən daha sürətliydik. Üstünlüyün böyüklüyünü də bununla əlaqələndirirəm”.
Fanat.Az