"Neftçi”baxışa çağırdığı mərakeşlini - Roxdi Axenteni göndərməyə tələsmir.
Fanat.Az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov onu dünən "SKA-Xabarovsk”a 1:8 hesabıyla uduzduqlarıyoxlama görüşündə oynadıb."Ağ-qaralar” 7-ci topu buraxandan sonra meydana çıxan Axenteylə bağlı yekun qərar isə verilməyib. Əhmədov Roxdiyə yanvarın 25-də keçirəcəkləri 2 sınaq qarşılaşmasında da oynamaq imkanı yaradacaq. Özünü yaxşı tərəfdən göstərəcəyi halda, hazırda klubsuz olan 29 yaşlı müdafiəçiylə müqavilə imzalanacaq.
Fanat.Az