"Qəbələ”nin prezidenti Tale Heydərovun "Əlincə”nin 15 milyon manata satılan bazasını almağa hazırlaşdığını və bu yöndə danışıqlar aparıldığını xəbər vermişdik. Təmsil etdiyi bölgədə Avropa standartlarına cavab verən infrastrukturu olan "qırmızı-qaralar”ın paytaxta (dəqiqləşdirsək, Masazıra) üz tutması istənilən halda, maraq doğurur.
Bu üzdən klub başqanının sözügedən idman qurğusunu, məşq meydançalarını və oteli niyə aldığını araşdırmağa çalışdıq. Fanat.Az-ın məlumatına görə "Qəbələ” Masazıra köçməyə hazırlaşmır. Məqsəd kompleksi Ronaldinyonun adını daşıyacaq futbol akademiyasının ixtiyarına verməkdi.
Fanat.Az