"Real"ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo tanınmaz hala düşüb. Fanat.Az xəbər verir ki, "Deportivo" ilə matçda rəqibin sərt müdaxiləsi Ronaldonu çətin vəziyyətə salıb.
Portuqaliyalı ulduz Ronaldo qarşılaşmanın 86-cı dəqiqəsində rəqibinin sərt müdaxiləsindən sonra qanlar içində qalmışdı. Qaşı açılan ulduz futbolçu həkimlərin köməkliyi ilə qanı dayandıra bildi.
Ancaq futbolçunun üzünə dəyən zərbə şiş yaradıb. Futbolçu bu görüntünü nə qədər gizlətməyə çalışsa da, operatorlar onun son vəziyyətini çəkə biliblər.
Qarşılaşmadan sonrakı gün məşqdə çəkilən görüntülər futbolçunun sevənlərini məyus edib.
Fanat.Az