"Roma”nın hücumçusu Edin Ceko "Çelsi”ylə uzun müddətli müqavilə bağlayacaq.
Fanat.Az "Corriere dello Sport”a istinadən xəbər verir ki, ön xətt oyunçusu İngiltərə klubunda vergiləri çıxmaq şərtiylə, mövsümə 8 milyon avro qazanacaq. Mənbə transferin bu günlərdə ictimaiyyətə açıqlanacağını vurğulayıb.
Qeyd edək ki, Ceko ötən il Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı oynayıb.
Fanat.Az