Türkiyənin Antalya bölgəsində hazırlıq keçən "Sumqayıt” klubunun Polşa "Poqon"u ilə yoxlama görüşü baş tutmayacaq. Fanat.Az xəbər verir ki, buna səbəb "Poqon"un öncədən planlaşdırılmış matçdan imtinasıdı.
Əvəzində "gənclik şəhəri" təmsilçisi Rumıniya "Konkordiya"sı ilə razılığa gəlib. Yanvarın 25-də "The Sense De Luxe” otelinin stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, 1957-ci ildə yaranmış "Konkordiya” Kyajna bölgəsini təmsil edir. Rumıniya yüksək liqasında 7-ci mövsümünü keçirən Yon Moldovanın komandası turnir cədvəlinin 12-ci pilləsində qarşılaşıb. "Konkordiya"nın daha əvvəl yanvarın 25-də "Neftçi" ilə qarşılaşacağı bildirilirdi.
Fanat.Az