Argentina Milli Komandasının ulduz oyunçusu Javier Mascherano komanda yoldaşlarına Radamel Falcaoya çox diqqət yetirmələri mövzusunda xəbərdarlıq etdi.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, 2014-cü il Dünya Kuboku Seçmə oyunlarında Kolumbiya ilə oynayacaqları matç əvvəlində açıqlama verən oyunçu "Falcao dünyanın ən yaxşı qolçularından biridir. Bunu son 3-4 mövsümdə etdikləriylə sübut etdi. Argentina müdafiədə ona çox diqqət yetirməlidir. Həqiqətən son dərəcə yaxşı bir oyunçudur", deyib.
İdman24.az