Azərbaycanın U-21 millisində oynamaq üçün dəvət göndərilmiş daha bir futbolçunun adı məlum olub. Fanat.Az xəbər verir ki, bu, dağıstanlı Samur Ağaməhəmmədovdu.
O, 21 yaşadək millimizdə oynamaq üçün AFFA-dan təklif aldığını bildirib. Lakin bundan imtina edən rusiyalı futbolçu Ermənistanın I divizionunda çıxış edən "Artsax”a keçib.
"Mən Azərbaycanın U-21 komandasından təklif almışdım. Ancaq menecerimə inandım və "Artsax” klubuna keçməyə qərar verdim. Təəssüratlar çox yaxşıdı. "Artsax” iddialı klubdu və biz çempionluq uğrunda mübarizə aparacağıq”, - deyə Samur Ağaməhəmmədov bildirib.
Qeyd edək ki, "Artsax" klubu ötən il Yerevanda Çexiya vətəndaşlığı olan Qarabağ ermənisi Sevan Aslanyan tərəfindən yaradılıb.(oxu.az)
Fanat.Az