Qış hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ” bu gün iki sınaq matçı keçirib. Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi ilk olaraq Makedoniyanın "Şkupi” klubu ilə üz-üzə gəlib. Oyunda hesab açılmayıb.
Qurban Qurbanovun komandası ikinci oyununda Ukrayna təmsilçisi "Mariupol”la qarşılaşıb. Bakı vaxtıyla saat 18:30-da start götürən qarşılaşmada 5 top vurulub. Azərbaycan çempionu son dəqiqə qoluna üzülərək uduzub.
Qeyd edək ki, daha öncə iki sınaq oyunu keçirən "Qarabağ” Türkiyədəki birinci hazırlıq matçında "Kuban”la 2:2, digər görüşdə isə "Lexiya” (Polşa) ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
25 yanvar
Qarabağ (Azərbaycan) - Şkupi (Makedoniya) 0:0
Qarabağ:Anton Kanibolotski, Elvin Yunuszadə, Qara Qarayev, Arif Daşdəmirov, Zaur Fərzəliyev, Coşqun Diniyev, Əsgər Hüseynov, Dani Kintana, Tarik Elyunussi, Ağabala Ramazanov, Ramil Şeydayev.
Qarabağ (Azərbaycan) - Mariupol (Ukrayna) 2:3
Qollar: Miçel, 58 (1:0), Totovitskiy, 62-pen. (1:1), Dava, 71-avtoqol (2:1), Koltsov, 72 (2:2), Boryaçuk, 90 (2:3)
Qarabağ:İbrahim Şehiç, Abbas Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Vild-Donald Gerrye, Rahid Əmirquliyev, Riçard Almeyda, Miçel, Mahir Mədətov, Pedro Enrike, Əfran İsmayılov.