21:21 25.01.2018 1609

Tahir Süleymanov: "Palçığa batırılmış futbolumuzun hesabatını verməlidirlər..."

 

Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov Avropa Millətlər Liqasının püşkünü və yığmamızın qrupunu özünəməxsus şəkildə dəyərləndirib. Fanat.Az xəbər verir ki, futbol adamı feysbukdakı hesabında belə yazıb:


Avropa Millətlər Liqasının püşkü atıldı. Yeni turnirdi. Zəif millilərə final yolunda bir vəsiqə üçün əlavə şansdır. Eyni zamanda Avropa futbolunda təbəqələşmənin, monopolistlər tərəfindən zəiflərin qəbul olunmamasının təsdiqi baş verdi...
Çoxdan idi böyük futbol dövlətləri UEFA-ya təzyiq edir, zəiflərlə qarşılaşmaq istəmir, uzun səfərləri qəbulolunmaz sayırdı. Bu onlara həm futbol, həm də komersiya baxımından sərf etmirdi. Böyük millilərlə qarşılaşmaq zəiflərə sərf edir. Məğlubiyyətlər qaçılmaz olsa da yaxşı maliyyə əldə olunurdu...
Son 10-illiklərdə ilk dəfədir ki, UEFA sponsorsuz yarış təşkil edir. Millətlər Liqasında millilər ixtiyar sahibidir. Əlavə vəsait əldə etmək üçün qaydalar çərçivəsində İstəklərinə uyğun istənilən addımı ata biləcəklər. Almaniya, İngiltərə, İspaniya, İtaliya, Fransa və digər aparıcı futbol ölkələrinə bu sərfəlidir. Sponsor, teleyayım, azarkeşlərdən külli miqdarda gəlir əldə edəcəklər. Zəiflər isə daha da zəifləyəcək.
Əsasən də ən zəiflərin liqasında...
Təsəvvür edin qrupumuzda baş tutacaq oyunlara hansı sponsor, televiziya marağı ola bilər?! UEFA hörmət əlaməti olaraq liqaları rəqəmlərə bölməyib. Biz bölək: Sonuncu liqa Avropanın 4-cü liqası deməkdir. Gedin bacardığınız futbolu oynayın, əl-ayağa dolaşmayın deməkdir. Şərhə ehtiyac qalmır...
Gələcəkdə belə bir addım klub futbolunda da atıla bilər. Söz-söhbətlər səngimir. "Real", "Bavariya", "Çelsi", "Barselona" və digər nəhənglər Azərbaycan, Qazaxıstan kimi ölkəkərə səfər etmək istəmirlər. Böyük futbol çoxdandır böyük biznesə cevrilib. Uzun məsafə, rəqiblərin zəifliyi, sponsor marağının olmaması bunları şərtləndirir. Heç kim 100 milyonlarla qiyməti olan futbolçularını riskə atmaq istəmir...
Millətlər Liqasının Azərbaycan üçün yeganə üstünlüyü bir vəsiqəni əldə edib böyüklər arasına can atması olar. Əks halda palçıqda olan futbolumuz daha da geriləyəcək, sabaha ümid tükənəcək...
İndidən strateji olaraq bunlar təhlil olunmalı, final yolunda önəmli addımlar atılmalıdır...
Artıq rəqiblər "böyüdülür", "sığorta" şirkətləri işə düşür, baş verə biləcək uğursuzluq təbliğ olunur. Bu uğursuzluq yox, fiasko olar...
Əgər Farer adaları, Kosovo, Malta millilərindən qorxulacaqsa onda Almaniya, Çexiya, Norveç qarşısında "niyədəyox" nə idi?!
Kosovonun legionerləri var, bir adada soyuq, bir adada isti olacaq, üç günə iki oyun oynanılacaq...Sonra? Heç kimi bunlar maraqlandırmır və maraqlandırmamalıdı da...
Son 10-12 ildə Azərbaycan futboluna yatırılan vəsaitlə tək futbolu deyil, Kosovo, Farer Adalarını gül-çiçəyə çevirmək olardı. Rəqibləri "böyütmək" yox, bunun haqqını tələb etmək lazımdır. Haqqın ödənilməsi, bataqlıqdan çıxmağın tək yolu isə Avro-2020-nin final mərhələsi olmalıdır...
Son vaxtlar Azərbaycan futbolu Rusiya, Türkiyə ilə müqayisə edilərək bizlərin əhali potensialımız qabardılmışdı. Kökündən yanlış fikirlərdir. Xorvatiya, Uruqvay, heç 300 minlik İslandiyanı yada salan olmadı. Farer adaları, Malta, Kosovonun isə toplam əhalisi Azərbaycan qədər deyil...
Bəhanələr kənara qoyulmalı, 100 milyonlarla xərclənən pulların qarşılığı verilməlidir...
Azərbaycan dünyada palçıq vukanları ilə zəngin olan yeganə ölkədir. Ya finalları təmin edib 70 minlik BOS-da xalqımız sevinməli, ya da futbola cavabdehlər palçıq vulkanlarında palçığa batırılmış futbolumuzun hesabatını verməlidirlər...
Kifayət qədər zaman, kifayət qədər vaxt var...
Uğurlar, Azərbaycan!

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X