Ukraynalı yarımmüdafiəçi Anton Postupalenkonun "Keşlə”nin Antalyadakı düşərgəsinə yollandığını və səviyyəsi baş məşqçi Yuri Maksimovu qane etmədiyi üçün geri göndərildiyini yazmışdıq.
Fanat.Az xəbər verir ki, futbolçu ölkəsinə qayıdandan sonra Ukrayna mətbuatı fərqli səbəbi qabardıb. Həmkarlarımıza inansaq, paytaxt klubunun səviyyəsi 30 yaşlı futbolçunu qane etməyib. Xəbərdə bildirilir ki, "Keşlə”ni həmyerlisi Yuri Maksimov çalışdırsa da, Postupalenko heç bir oyuna çıxmadan Türkiyədən ayrılıb. Halbuki Maksimov yanvarın 24-də düşərgəyə qoşulan oyunçunu ilk yoxlama matçında sınamağı planlaşdırırmış.
Qeyd edək ki, Postupalenko yanvara qədər Donetsk "Olimpik”ində oynayıb.
Fanat.Az