Yanvarın 30-dan fevralın 10-dək keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, siyahıda 14 futzalçının adı yer alıb.
Braziliyalı baş məşqçi Joze Alesio da Silva Avropa çempionatının final mərhələsinə hazırlıq prosesində iştirak edən futbolçulardan 1 nəfəri – Anar Məmmədovu heyətdən kənarlaşdırıb.
Yekun heyəti sizə təqdim edirik: Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Eduardo Mello Borges, Everton Kardoso, Ramiz Çovdarov, Tiaqo Teles Martins, İsa Atayev, Xətai Bağırov (hamısı "Araz”), Samir Həmzəyev, Emin Kürdov, Namiq Məmmədkərimov (hər üçü EKOL), Villiams Oliveyra Do Nasimento "Vassoura” ("Əl-Dafra”, BƏƏ), Fineo de Araujo ("Aqleymina Hamamatsu”, Yaponiya) və Vitali Borisovu ("Ekonomaç”, Serbiya).
Fanat.Az