Dəniz Yılmaz "Gənclərbirliyi"ndə debüt edib. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin milliləşdirilmiş üzvü Super Liqanın XIX turunun "Konyaspor"la oyununda meydana çıxıb.
Ötən tur meydana çıxmayan Dəniz bu dəfə ikinci yarının əvvəlində oyuna daxil olub. Onun komandası 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Dəniz Yılmaz "Bursapor"dan "Gənclərbirliyi"nə transfer olunub.
Fanat.Az