"Anton Postupalenko "Keşlə”dən razı qalmadığı üçün yox, Yuri Maksimov onu bəyənmədiyinə görə Ukraynaya qayıdıb”. Bunu Fanat.Az-a açıqlamasında Bakı təmsilçisinin mətbuat katibi Səbuhi Məmmədov deyib.
Klub rəsmisi Ukraynaya dönəndən sonra yerli mediaya fərqli informasiya verən yarımmüdafiəçinin özünü sığortaladığını bildirib: "Onu biz baxışa çağırmışdıq və gələnə qədər şərtlərdən xəbərdar idi. Ukrayna mətbuatına guya öz istəyi ilə Antalyanı tərk etdiyini söyləməklə, özünü sığortalamaq istəyib. Həm də ilk dəfə deyil. Postupalenko əvvəllər də buna bənzər aqibətlə üzləşib və nədənsə vəziyyətdən oxşar şəkildə çıxmağa çalışıb”.
Fanat.Az