"Kasımpaşa” klubunun baş məşqçisi Kemal Özdeş istefa verib. Fanat.Az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.
Xəbərə görə, buna səbəb Super Liqanın XIX turunda səfərdə "Beşiktaş”a 1:2 hesablı məğlubiyyətdir. Mütəxəssis matçdan sonra vəzifəsindən ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, "Kasımpaşa" hazırda 22 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.
Özdeş 2016-cı ilin sentyabr ayından İstanbul klubunu çalışdırırdı.
Fanat.Az