Madrid "Real”ının yarımmüdafiəçisi Luka Modriç Çempionlar Liqasının 1/8 finalında üz-üzə gələcəkləri PSJ haqda danışıb.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, xorvat futbolçusu belə deyib: "Bizim PSJ-dən qorxduğumuzu düşünənlər yanılır. Fransa təmsilçisi güclü rəqibdi. Amma "Real” da "Real”dı. ÇL-in baş mükafatına iki dəfə ardıcıl sahib çıxmış yeganə komanda PSJ-dən qorxa bilməz”.
Fanat.Az