Antalyada təlim-məşq toplanışına davam edən "Neftçi” bu gün hazırlıq çərçivəsində növbətçi sınaq matçına çıxıb. Fanat.Az xəbər verir ki, Tərlan Əhmədovun komandası Rusiya təmsilçisi "Krılya Sovetov”la qarşılaşıb.
Rusiya birinci divizionunda çıxış edən Samara təmsilçisi ilə görüş "Neftçi"nin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, "Neftçi” bundan əvvəl keçirdiyi hər üç yoxlama matçında uduzub. "Ağ-qaralar” əvvəlcə Rusiya Premyer Liqasının autsayderi "SKA-Xabarovsk”a 1:8, ardınca isə Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya” klublarına 0:1 hesabı ilə məğlub olub.