Kamerunlu ulduz Samuel Etonun yeni klubu bəlli olur.
Fanat.Az xəbər verir ki, hücumçu "Konyaspor"la prinsipial anlaşma əldə edib. 2,5 illiyə razılaşan tərəflərin kiçik detalların da yoluna qoyulmasından sonra müqaviləyə imza atacağı bildirilib.
"Karabükspor"dan Yatabara və "Beşiktaş"dan Orkan Çınarı rənglərinə bağlayan "Konyaspor", "Antalyaspor"dan ayrılacaq kamerunlunu da transfer etmək üçün çalışır.
Bu transferin "Konyaspor"a 5 milyon avroya başa gəldiyi bildirilir.
Fanat.Az