Antalyada təlim-məşq toplanışında olan "Qarabağ” bu gün 5-ci yoxlama matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi "Sarayevo” ilə üz-üzə gəlib. Bosniya və Herseqovina klubu ilə görüş Bakı vaxtı ilə saat 18:30-da başlayıb. İbrahim Şehiçin həmyerliləri ağdamlıların qapısına 2 cavabsız qol vurub.
Qeyd edək ki, "Qarabağ” bundan əvvəl Antalya toplanışı çərçivəsində "Kuban” (Rusiya – 2:2), "Lexiya” (Polşa – 1:1) və "Şkupi” (Makedoniya – 0:0) ilə heç-heçə edib, "Mariupol”a (Ukrayna - 2:3) məğlub olub.
29 yanvar
Qarabağ (Azərbaycan) - Sarayevo (Bosniya və Herseqovina) - 0:2
"Qarabağ”ın start heyəti: Anton Kanibolotski, Əsgər Hüseynov, Yakub Jezniçak, Arif Daşdəmirov, Ansi Aqolli, Vild-Donald Gerye, Nicat Süleymanov, Ağabala Ramazanov, Miçel, Pedro Enrike, Dani Kintana
Fanat.Az