Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun debüt matçında rəqib Moldova olacaq. Qaşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Artıq görüşün hakimləri də açıqlanıb. "Mardan” stadionunda keçiriləcək oyunu türkiyəli hakimlər idarə edəcək.
Baş hakim: Hüseyn Göçek
Baş hakimin köməkçiləri: Bahattin Duran, Tarık Ongun
Dördüncü hakim: Barış Şimşek
Fanat.Az