"Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda "Bursaspor”a keçməyə çox yaxındı. Fanat.Az xəbər verir ki, bu barədə "Milliyət" qəzeti məlumat yayıb.
Məlumata görə, Türkiyə klubu milli komandamızın üzvü ilə anlaşıb. Bursa təmsilçisinə keçməyə müsbət baxan Almeydanın klubu ilə danışıqların davam etdiyi bildirilib. "Bursaspor"un transfer pəncərəsinin son gününə kimi bu transferi açıqlayacağı iddia edilib.
"Bursaspor” rəhbərliyi keçidi rəsmiləşdirmək üçün "Qarabağ”la danışıqlara start verib. Türkiyə KİV-i Azərbaycan çempionu ilə müqavilə müddəti cari mövsümün sonuna qədər olan 28 yaşlı orta sahə oyunçusunun "Bursaspor”a keçəcəyinə şübhə etmir.
Fanat.Az