"Arsenal" futbolçusu Məsut Özillə müqaviləni yeniləyib. Fanat.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Xəbərə görə, türkəsilli yarımmüdafiəçi ilə saziş 2021-ci ilin iyun ayına qədər uzadılıb.
Yeni müqavilənin şərtlərinə əsasən 29 yaşlı futbolçu həftəyə 350 min funt sterlinq qazanacaq. Bununla da Özil klub traixində ən yüksək ödənişli futbolçu olub.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Məsut Özil 2013-cü ildən "Arsenal"ın şərəfini qoruyur.
Fanat.Az